QR CodeQR Code

ABŞ-dan Türkiyəyə "Yunanıstanın yanındayıq" MESAJI

31 Jan 2021 14:28

İslamTimes: Həm Egey, həm də Şərqi Aralıq dənizində böhran tərəfləri olan, 21 iyulda silahlı qarşıdurmanın astanasından dönən Türkiyə və Yunanıstan 5 il sonra yenidən danışıqlar üçün görüşlərə başlayıb.


Lakin danışıqlar Yunanıstanın artan silahlanmasının kölgəsində gedir. Çünki Yunanıstan 2021-ci il müdafiə büdcəsi daxilində silah payını ötən ilə nisbətən 5 dəfə artıraraq 2,5 milyard avroya çatdırıb.

Publika.az-ın məlumatına görə, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkənin bütün çətinliklərə baxmayaraq hərbi xərclərini artırmasının lazım olduğunu bildirib. Mitsotakis yeni freqatlar, helikopterlər, pilotsuz təyyarələr alınacağını və "Rafale" təyyarələrini də yeniləməyin planlaşdırıldığını deyib.

Yunanıstan ABŞ ilə ortaq hərbi təlimlərini sürətləndirib. Bundan əlavə, Yunanıstanın Dədəağacdakı hərbi bazası ABŞ-a ayrılıb. Bununla yanaşı ABŞ silahlı qüvvələrinin Trakya bölgəsində hərbi baza qurmalarına icazə verildiyi xəbərləri də yayılıb.

ABŞ Türkiyə sərhədindən 40 kilometr məsafədə yerləşən Yunanıstanın Dədəağac bölgəsinə 30 ədəd hücum helikopteri yerləşdirib.


Story Code: 913461

News Link :
https://www.islamtimes.org/az/news/913461/abş-dan-türkiyəyə-yunanıstanın-yanındayıq-mesaji

Islam Times
  https://www.islamtimes.org