QR CodeQR Code

Sionist rejim PUA-sı Müqavimət döyüşçülərinin əlində

إسلام تايمز , 31 Jan 2021 23:55

İslamTimes: İşğalçı Sionist rejim ordusu bildirib ki, onlara məxsus dron Qəzza zolağının şimalında qəzaya uğrayıb.


Əl-Məyadin xəbər agentliyinin verdiyi məlumata  görə, İsrail ordusu bazar günü axşam bildirib ki, orduya məxsus kəşfiyyat PUA-sı Qəzzanın şimalında qəzaya uğrayıb.

Sionist rejim ordusu pilotsuz təyyarənin qəzaya uğramasının səbəbini və Qəzza zolağının şimalındakı missiyası barədə açıqlama verməyib. Qəzza zolağındakı müqavimət qüvvələrinin dronu hədəf alması ehtimalının yüksək olduğu bildirilir.

Fələstindəki bəzi mənbələr də müqavimət döyüşçülərinin Qəzza zolağının şimalında sionistlərə məxsus bir casus dronunu vuraraq ələ keçirdiyini bildirib.

Mediada Qəzza zolağının şimalında ələ keçirilmiş pilotsuz uçan aparatın aşağıdakı şəkli də yayımlanıb.


Story Code: 913522

News Link :
https://www.islamtimes.org/az/news/913522/sionist-rejim-pua-sı-müqavimət-döyüşçülərinin-əlində

Islam Times
  https://www.islamtimes.org