0
Sunday 31 January 2021 - 23:55

Sionist rejim PUA-sı Müqavimət döyüşçülərinin əlində

Story Code : 913522
Sionist rejim PUA-sı Müqavimət döyüşçülərinin əlində
Əl-Məyadin xəbər agentliyinin verdiyi məlumata  görə, İsrail ordusu bazar günü axşam bildirib ki, orduya məxsus kəşfiyyat PUA-sı Qəzzanın şimalında qəzaya uğrayıb.

Sionist rejim ordusu pilotsuz təyyarənin qəzaya uğramasının səbəbini və Qəzza zolağının şimalındakı missiyası barədə açıqlama verməyib. Qəzza zolağındakı müqavimət qüvvələrinin dronu hədəf alması ehtimalının yüksək olduğu bildirilir.

Fələstindəki bəzi mənbələr də müqavimət döyüşçülərinin Qəzza zolağının şimalında sionistlərə məxsus bir casus dronunu vuraraq ələ keçirdiyini bildirib.

Mediada Qəzza zolağının şimalında ələ keçirilmiş pilotsuz uçan aparatın aşağıdakı şəkli də yayımlanıb.