0
Monday 1 February 2021 - 17:31

Fələstin Muxtariyyəti yeni ABŞ hökumətilə təmaslar qurmağa başlayıb

Story Code : 913671
Fələstin Muxtariyyəti yeni ABŞ hökumətilə təmaslar qurmağa başlayıb
SalamNews Fələstin Media Mərkəzinini saytına istinadla xəbər verir ki, bu barədə Muxtariyyətin baş naziri Məhəmməd Aştiyə açıqlama verib.

O bildirib ki, bu gün ABŞ Dövlət Katibliyinin işğalçı İsrail və Fələstin üzrə rəsmilərilə telefonla təmaslar qurub və müzakirələr aparıb.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Riçard Mils Co Bayden Administrasiyasının fələstinlilərlə bağlı yeni qərarlarını açıqlayıb.

O bildirib ki, ölkəsi Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin yenidən açılması istiqamətində addımlara başlayacaq. Həmçinin əlavə edilib ki, ABŞ BMT-nin Fələstinli qaçqınlar üzrə agentliyi UNRWA-a qarşı sabiq qərarları dəyişəcək və bu agentliyə dəstəyini bərpa edəcək.

R.Mils bildirib ki, Qüdsün şərqində Fələstin üzrə konsulluğun açılması istiqamətində də addımlar atılacaq.

Qeyd edək ki, Tramp prezidentliyi dövründə Qüdsü işğalçı İsrailin paytaxtı elan edib, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyini bağlayıb, UNRWA-a dəstəyi dayandırıb və İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.