QR CodeQR Code

Ukrayna: ABŞ-ın Çini təhdid adlandırmasına qarşıyıq

إسلام تايمز , 1 Feb 2021 22:03

İslamTimes: Ukrayna prezidenti ABŞ-ın Çinə qarşı iddialarını rədd edərək, Ukraynanın Çini təhdid kimi görmədiyini söyləyib.


Ukrayna Prezidenti Vladimir Zelenski "Axius"-a verdiyi müsahibədə deyib: "Biz Çini böyük bir geosiyasi təhdid hesab etmirik. ABŞ-ın iddialarının doğru olduğunu düşünmürük. Çünki bu iddialar əslində Çin ilə ABŞ arasında soyuq müharibə səbəbindəndir."

ABŞ dövləti dəfələrlə Çini böyük bir təhlükə kimi təqdim edib.

Son illərdə Çinin sürətlə inkişaf etməsi və dünya nizamının dəyişməsi Qərb ölkələrinin, o cümlədən ABŞ-ın nigarançılığına səbəb olub. Bu gün bəzi Qərb ölkələri hətta ikinci dünya müharibəsindən sonrakı dünya nizamının məhv ola biləcəyini söyləyir.

Ukrayna prezidenti Tramp tərəfdarlarının ABŞ Konqresinə hücumu hadisəsinə də toxunaraq deyib: "Dünyada belə hadisələrin ola biləcəyini başa düşmək olar. Ancaq kimsə bu hadisənin ABŞ-da yaşanacağını gözləmirdi!"


Story Code: 913726

News Link :
https://www.islamtimes.org/az/news/913726/ukrayna-abş-ın-çini-təhdid-adlandırmasına-qarşıyıq

Islam Times
  https://www.islamtimes.org