QR CodeQR Code

ABŞ dövlət katibi: İranla daha möhkəm bir razılaşma ardıncayıq

إسلام تايمز , 1 Feb 2021 23:52

İslamTimes: Antoni Blinken Vaşinqtonun HBFP müqaviləsinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirərək Vaşinqtonun Tehranla daha möhkəm və stabil bir müqavilə ardınca olduğunu söyləyib.


Sputnik-in verdiyi məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken BBC News-a verdiyi müsahibədə ABŞ-ın Tehranla daha möhkəm bir anlaşma imzalamaq istədiyini söyləyib.

Blinken ABŞ-ın nüvə anlaşmasına qayıtmağa hazır olduğunu və müttəfiqləri ilə digər məsələləri də əhatə edən daha sabit və möhkəm bir razılaşma üzərində məsləhətləşdiyini vurğulayıb.

Blinken sionist rejimin son on ildə irəli sürdüyü iddiaları təkrarlayaraq, İranın nüvə silahı istehsalı üçün lazımlı nüvə ehtiyatı ilə bir neçə həftə fasiləsi olduğunu bildirib.

ABŞ Dövlət katibi müsahibə zamanı Rusiyada həbs olunmuş Navalnının da sərbəst buraxılmasını istəyib və Çinə qarşı da ittihamlar irəli sürüb.

Blinken, Vaşinqtonun Şimali Koreyaya qarşı da daha çox sanksiya tətbiq edə biləcəyini söyləyib.


Story Code: 913756

News Link :
https://www.islamtimes.org/az/news/913756/abş-dövlət-katibi-iranla-daha-möhkəm-bir-razılaşma-ardıncayıq

Islam Times
  https://www.islamtimes.org