0
Tuesday 2 February 2021 - 11:51

Sionistlərin növbəti vəhşiliyi!

Story Code : 913829
Sionistlərin növbəti vəhşiliyi!
Fələstin Xalqının Müqavimət Komitəsinin rəhbəri Murad İştivi İsrail ordusu qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinin şərq hissəsində yerləşən Himsa əl-Bəkiə bölgəsində yaşayış evləri və heyvan sığınacaqlarına qarşı "qətliam" törətdiyini söyləyib.

İsrail qüvvələrinin bölgədəki yaşayış və heyvan sığınacaqlarını əhatə edən yeri dağıtdığını və müsadirə etdiyini, 136 sakinin evsiz qaldığını qeyd edən İştivi bu hadisəni "həqiqi bir etnik təmizləmə" olaraq xarakterizə edib.

O, İsrail qüvvələrinin bölgənin "hərbi təlim poliqon" olduğu iddiası ilə sakinlərin ərazini tərk etmələri üçün təzyiq göstərdiyini və dağıtma prosesinin davam etdiyini söyləyib.

İsrail qüvvələri noyabr ayında Himsa əl-Bəkiə bölgəsindəki 75 tikili dağıtmış və 35-i uşaq olmaqla 85 sakin evsiz qalmışdı. /Eastnews/