0
Tuesday 2 February 2021 - 17:13

Çin ABŞ-ı ön şərt olmadan İranla razılaşmaya çağırdı

Story Code : 913894
Çin ABŞ-ı ön şərt olmadan İranla razılaşmaya çağırdı
Verilən məlumata görə, yüksək səviyyəli Çin diplomatı HBFP sazişinin qüvvədə saxlanılmasının əhəmiyyətini xatırladaraq nüvə razılaşmasına bütün tərəflərin sadiq qalmalı olduğunu vurğulayıb və deyib: "HBFP sazişini doğru məcrasına qaytarmaq üçün bütün tərəflərlə həmkarlığı davam etdiririk."

Qeyd edək ki, Bayden hökuməti səlahiyyətliləri bir neçə dəfə HBFP sazişinə geri dönməyə hazır olduqlarını dilə gətirsələr də bunun üçün önşərtlər təyin ediblər.

ABŞ-ın özünün bu sazişi birtərəfli şəkildə tərk etməsinə baxmayaraq yeni dövlət katibi Antoni Blinken bildirib ki, ilk öncə İran yenidən sazişdəki öhdəliklərini geri qayıtmalıdır ki, ABŞ da sazişə geri dönsün.

Blinken, mətbuat konfransında bildirib ki, Bayden rəhbərliyinin nüvə anlaşmasına geri dönməsini İranla daha geniş razılaşma imzalamaq üçün zəminə olacaq.