QR CodeQR Code

Ermənistan atəşkəsi pozdu

Deyerler , 2 Feb 2021 14:39

İslamtimes - Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.



Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.
 


Story Code: 913899

News Link :
https://www.islamtimes.org/az/news/913899/ermənistan-atəşkəsi-pozdu

Islam Times
  https://www.islamtimes.org