0
Tuesday 2 February 2021 - 18:41

5 Həşd əl-Şəbi döyüşçüsü İŞİD-lə qarşıdurmada şəhid oldu

Story Code : 913912
5 Həşd əl-Şəbi döyüşçüsü İŞİD-lə qarşıdurmada şəhid oldu
İraq mənbələri İŞİD-in gizli və qəfil bir əməliyyatla Diyalə vilayətinə hücum təşkil etdiyini bildirib.

Bu hücum sonrası Həşd əl-Şəbi Müqavimət Hərəkatının 5 üzvü şəhid olub, hazırda terrorçularla toqquşmalar davam edir.

Daha öncə İraq Silahlı Qüvvələrinin sözçüsü Bağdadın mərkəzində bir kamikadzenin intihar hücumu həyata keçirmək istərkən tutulduğunu elan etmişdi.

Maraqlı məqamlardan biri budur ki, İraqda İŞİD terrorçuları ilə əsas mübarizə aparan Həşd əl-Şəbi Hərəkatı terrorçularla yanaşı ABŞ-ın da hədəfinə çevrilib. Amerika tez-tez Həşd əl-Şəbi qüvvələrinə qarşı hava hücumu təşkil edərək, bir növ Vaşinqtonun İŞİD terrorçularının arxasında durduğunu təsdiqləyir!