0
Friday 12 August 2011 - 23:33

Yuliya Timoşenko sifarişli qətldə şübhəli bilinir

Story Code : 91397
Yuliya Timoşenko sifarişli qətldə şübhəli bilinir
Yuliya Timoşenko sifarişli qətldə şübhəli bilinir
Ukrayna mətbuatının verdiyi məlumata görə, vəkillərin vəsadətinə baxmayaraq, Timoşenkonun həbs qərarı dəyişdirilməyib. Bu azmış kimi, xanım siyasətçi daha bir ağır cinayətdə ittiham olunur. Ukrayna baş prokurorunun müavini Renat Kuzmin bildirib ki, onlarda Timoşenkonun səs-küylü qətlə aidiyyatının olduğuna dair məlumatlar var. Söhbət ölkə parlamentinin deputatı Yevgeni Şşerbanın qətlindən gedir.

Xatırladaq ki, parlamentari 1996-cı ildə Donesk aeroportunda həyat yoldaşı ilə birlikdə güllələnmişdi. Həmin qətlin üstü hələ də açılmayıb. Prokuror müavini bildirib ki, həmin qətlin sifarişçisi olmaqda şübhəli bilinən eks-baş nazir Vavel Lazarenko ilə Timoşenko arasında 1990-cı illərdə siyasi və işgüzar əlaqələr olub: «Lazarenkonun ifadəsində bildirilir ki, deputatı qətlə yetirmiş muzdlu qatilə onun və Timorşenkonun hesabından pul ödənilib». /Milli.Az/
Comment