0
Wednesday 3 February 2021 - 01:06

İsrail rejiminin quldurları 13 yaşlı fələstinliyə işgəncə verdi

Story Code : 913974
İsrail rejiminin quldurları 13 yaşlı fələstinliyə işgəncə verdi
İsrail rejimin polisi qüvvələri işğal altında olan Qüdsün İssaviya bölgəsində Fələstin ailəsinin evinə hücum edərək, 13 yaşlı fələstinlini və onun 18 yaşlı qardaşını qaçırıb. Daha sonra qaçıırılan oğlan İsrail rejimim Haaretz qəzetinə verdiyi müsahibədə sionist quldurlarının onu həbs edərək, elektrik cərəyanı ilə işgəncəyə məruz qoyduğunu və döydüyünü söyləyib.

"Deyerler.org"un russian.palinfo-ya istinadən verdiyi xəbərə görə, işgəncələr valideynlərin iştirakı olmadan dindirilmələr zamanı da edilib. Gəncin dediyinə görə, İsrail rejimin polis quldurları gecə saat 3 radələrində evlərinə soxularaq, axtarış aparıb.

Bundan sonra onun və qardaşının əllərinə qandal vuraraq aparıb.

“Mənə elektrik cərəyanı ilə işgəncə verdikdən sonra, qardaşımla birlikdə yerə atdılar və yerdə döyməyə başladılar. Bir müddətdən sonra əllərimizə qandal vurub gözümüzü çirkli əsgi ilə bağladılar. Bizi üç saat dizləri üstündə əli qandallanmış vəziyyətdə saxladılar”.

13 yaşlı fələstinli daha sonra halsız halda yerə yıxılıb və bir müddət yerdə təpiklə döyüldükdən sonra, yenidən dindirilməyə aparılıb. Uşaq, valideyinin iştirakı olmadan dörd müstəntiq tərəfindən dindirilib.

Fəlsətinli gənc, dinc insanlara qarşı zor tətbiq edən İsrail rejiminin silahlı əsgərlərinə daş atmaqda günahlandırılıb. Sionist rejimin iddiaçıları 13 yaşlı fələstinlinin daş atmasını əks etdirən video yazının olduğunu iddia etsə də, sonradan bunun saxta olması üzə çıxıb və 12 saata yaxın müddətində işgəncə edilən fələstinli azadlığa buraxılıb.