0
Friday 12 August 2011 - 23:54

Bakıda "dustaqlar" aksiya keçirdi

Story Code : 91398
Bakıda "dustaqlar" aksiya keçirdi
Bakıda "dustaqlar" aksiya keçirdi
Gənc Siyasi Məhbusların Müdafiəsi Komitəsi 12 avqust Beynalxalq Gənclər Günü münasibətilə “Demokratiya məhbəsdə” şüarı ilə səssiz aksiya keçirib. Aksiya Fəvvarələr bağında 14.00-da baş tutub. Aksiyada üç nəfər gənc məhbus geyimində, əllərində barmaqlıqlar içində yazılmış demokratiya plakatı tutaraq hərəkət ediblər. Onların arxasınca bir qrup gənc əllərində həbsdə olan gənclərin - Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Tural Abbaslının, Əhəd Məmmədlinin, Elnur Məcidlinin, Rüfət Hacıbəylinin, Elnur İsrafilovun, Ülvi Quliyevin fotolarını tutublar. Aksiyanı keçirməkdə məqsəd gənclərin həbsi ilə ölkədə demokratiyanın həbs olunduğunu, insan haqlarının kobud şəkildə pozulduğunu vətəndaşların nəzərinə çatdırmaq olub.

Aksiyanı maraqla izləyən vətəndaşlar fotolardakı gənclərin bəzilərini, xüsusən də Cabbar Savalanlını tanıyaraq “biz sizinləyik”, “sizin tərəfinizdəyik” deyə mesajlar verib. Aksiya 15 dəqiqə davam edib. Qeyd edək ki, polisin aksiyadan xəbəri olmadığından tədbir qarşıdurmasız başa çatıb.

Xatırladaq ki, Azərbaycanda hazırda doqquz nəfər gənc siyasi fəaliyyətinə görə həbsdədir. Onların hüquqlarının müdafiəsi və azadlıqa çıxmalarına dəstək məqsədilə bir neçə gənclər təşkilatları birləşərək Gənc Siyasi Məhbusların Müdafiəsi Komitəsini yaradıblar. Bunlar Xalq Cəbhəsi, Müsavat, Azərbaycan Demokrat və Ümid partiyalarının gənclər təşkilatları, Azad Gənclik, Nida, İnsan Haqları Klubu, Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin müdafiə komitələridir. Azadlıq
Comment