0
Wednesday 3 February 2021 - 10:31

Rusiyadan Qərbə cavab: İşinizlə məşğul olun!

Story Code : 914026
Rusiyadan Qərbə cavab: İşinizlə məşğul olun!
“Bir neçə həftədir ki, oxşar hücumlara və bəyanatlara münasibət bildiririk və cavab veririk. Suveren bir dövlətin daxili işlərinə qarışmaq lazım deyil. Hamıya da məsləhət görürük ki, öz şəxsi problemləri ilə məşğul olsunlar”, - Zaxarova bildirib.

Qeyd edək ki, dünən Moskvanın Simonovski məhkəməsi Navalnının “Yves Rocher” işi ilə bağlı şərti cəzasını ləğv edərək, onu 3.5 il müddətinə real həbs cəzası ilə əvəz edib. Bunun ardınca ABŞ, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr Rusiyanı Navalnını azad etməyə çağırıb. /Axar/