QR CodeQR Code

Pentaqon: Bu İranla gərginliyi azaltmaq istəyimizə bir sübutdur

إسلام تايمز , 3 Feb 2021 23:49

Amerikalı səlahiyyətli bildirib ki, Fars körfəzi sularından geri çəkilmiş ABŞ Donanmasının "USS Nimitz" təyyarə daşıyan gəmisinin yerinə heç bir gəmi göndərilməyəcək.


Pentaqon rəsmisi iddia edib ki, "USS Nimitz" təyyarə daşıyan gəmisinin Fars Körfəzindən geri çəkilməsi ABŞ-ın Tehranla gərginliyi azaltmaq istəyinin bir əlamətidir.

Ötən gün Pentaqon USS Nimitz təyyarə daşıyan gəmisinin Mərkəzi Komandanlığın əməliyyat bölgəsindən çıxaraq Hind və Sakit Okean sualarına üz tutduğunu bildirib.

Bundan əvvəl Fox News kanalının müxbiri Tvitter səhifəsində yazmışdı ki, Nimitz təyyarə daşıyan gəmisi Qərbi Asiya sularında uzun müddətli əməliyyatını tamamladıqdan sonra ABŞ-a qayıdır.

Bu gəmi əslində ABŞ-a iki ay öncə qayıtmalı idi, lakin Donald Trampın İrana qarşı fəaliyyətlərinin bir hissəsi olaraq gəmi missiyasını Fars Körfəzi ətrafında davam etdirirdi.


Story Code: 914195

News Link :
https://www.islamtimes.org/az/news/914195/pentaqon-bu-iranla-gərginliyi-azaltmaq-istəyimizə-bir-sübutdur

Islam Times
  https://www.islamtimes.org