0
Thursday 4 February 2021 - 01:03

İsrail rejiminin həbsxanasında fələstinli qadına işgəncə verilib

Story Code : 914206
İsrail rejiminin həbsxanasında fələstinli qadına işgəncə verilib
2 fevralda Fələstin Məlumat Mərkəzinin verdiyi məlumata əsasən, İnas Asafara 2019-cu ilin avqust ayında həyat yoldaşı və bir neçə ailə üzvü ilə birlikdə İsrail rejiminin hərbçiləri tərəfindən həbs edilib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, sionist İsrail rejimi ər və arvada azyaşlı uşaqları ilə görüşməsinə bir neçə ay icazə verməyib və istintaq zamanı dəfələrlə onlara işgəncə verib. Sionist rejimi İnas Asafaranın ailə üzvlərinin Beyt Fəcər kəsişməsi yaxınlığında, qanunsuz salınmış yəhudi ərazisində avropalı yəhudinin qaçırılması və öldürülməsində iştirak etdiklərini iddia edərək, evlərini dağıdıb.

Qeyd edək ki, hazırda İsrail rejiminin həbsxanalarında 250 uşaq və 47 qadın olmaqla 5700 fələstinli saxlanılır.