0
Thursday 4 February 2021 - 08:29

Livanın cənubunda İsrail rejiminin daha bir PUA-sı vuruldu

Story Code : 914264
Livanın cənubunda İsrail rejiminin daha bir PUA-sı vuruldu
Deyerler.org xəbər verir ki, Livanın NBN şəbəkəsi ölkənin cənubunda partlayış səsinin eşidildiyini bildirib.

Media mənbələri, Livanın cənubundakı səmalarda partlayış səsinin böyük ehtimalla İsrail rejiminin pilotsuz təyyarəsinin məhv edilməsindən qaynaqlandığını söyləyiblər.

Rusiyanın RT şəbəkəsi də, İsrail rejiminin başqa bir pilotsuz təyyarəsinin hədəfə alındığını və Livanın cənubunda eşidilən partlayış səsinin, ehtimal ki, ona aid olduğunu bildirib.

RT müxbiri xəbər verir ki, Livanın cənubundakı Əl-Zəhrani bölgəsinin səmalarında böyük partlayış eşidilib. Partlayış günortadan sonra, qısa müddət ərzində Livanın cənubunda İsrail rejiminin kəşfiyyat PUA-larının toplandığı bir yerdə baş verib.

İki gün əvvəl Hizbullah hərəkatı Livanın cənub sərhədinə yaxın İsrail rejiminin bir pilotsuz təyyarəsinin vurulduğunu elan etmişdi. Hizbullahın verdiyi açıqlamaya görə, İsrail rejiminin modifikasiyalı Matrix-100 PUA-sı 1 fevralda Livanın cənubundan 400 metr məsafədə mavi xəttə girmiş və Hizbullah qüvvələri onu Livanın cənubundakı Belida kəndində uyğun silahla vurmuşdu.

Bu, sionist rejimin son üç-dörd gündə Livan və Fələstindəki müqavimət tərəfindən vurulan dördüncü pilotsuz təyyarəsidir.