0
Thursday 4 February 2021 - 11:55

ABŞ-dan “Navalnı işi” ilə bağlı sanksiyalar – Siyahıda Putinin də adı var

Story Code : 914283
ABŞ-dan “Navalnı işi” ilə bağlı sanksiyalar – Siyahıda Putinin də adı var
Modern.az xəbər verir ki, sanksiya layihəsi Aleksey Navalnının zəhərlənməsi və həbs olunmasında əli olan hakimiyyət üzvlərinə qarşı fərqi sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

Həmin şəxslərə viza verilməsinin dayandırılması, bank hesablarının dondurulmasını nəzərdə tutur. Habelə, təşəbbüs ABŞ hakimiyyətinə Rusiya prezidenti və onun yaxın ətrafının gəlirlərini analiz etməyi də nəzərdə tutur.

“Senatorlar növbətri dəfə beynəlxalq hüququ pozan, o cümlədən Rusiya müxalifətinin lideri və korrupsiya ilə mübarizə aparan Aleksey Navalnının zəhərlənməsi və həbs olunmasına yardım edən rusiyalı məmurlara qarşı fərqi sanksiyaların tətbiqini gündəliyə salır”- deyə açıqlamada deyilir.

Məmurlara qarşı sanksiya və Putinin gəlirlərinin hesablanması ilə yanaşı, layihə 2015-ci ilin fevralında Moskvanın mərkəzində öldürülən siyasətçi Boris Nemtsovun işi ilə bağlı da əlavə araşdırma aparacaq.

Qanun layihəsinə 6 senator – 2 respublikaçı (Mitt Romni, Mark Rubio) və 4 demokrat (Kris Kuns, Ben Kardin, Kris Van Xollen və Dik Durbin) imza atıb.