QR CodeQR Code

ABŞ-ın sanksiyalar resursu tükəndi, özü tələyə düşdü

4 Feb 2021 13:05

İslamTimes: ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri dərk edirlər ki, Vaşinqtonun Rusiyaya qarşı birtərəfli yeni sanksiyalar tətbiq etməsi imkanları əhəmiyyətli səviyyədə tükənib.


Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb.

Məqalədə bildirilib ki, Bayden Rusiya və Myanmadakı hadisələrlə əlaqədar sanksiyalar tətbiq edəcəyini söyləyib, ancaq köməkçiləri ABŞ-ın Rusiya ilə bağlı bütün sanksiya resurslarını əhəmiyyətli dərəcədə xərclədiyini xatırladıblar:

“Son zamanlar Amerika sanksiyaları daha az təsir edir. ABŞ dəfələrlə Rusiya, Çin, İrana qarşı sanksiyalar tətbiq edib, amma bu ölkələrdə Vaşinqton arzuladığına nail olmayıb”.

Qəzetə açıqlama verən ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder Vaşinqtonun istənilən problemə sanksiyalarla cavab verməklə tələyə düşdüyünü bildirib.


Story Code: 914284

News Link :
https://www.islamtimes.org/az/news/914284/abş-ın-sanksiyalar-resursu-tükəndi-özü-tələyə-düşdü

Islam Times
  https://www.islamtimes.org