0
Thursday 4 February 2021 - 17:04

Netanyahunun BƏƏ və Bəhreynə səfəri ləğv edildi

Story Code : 914324
Netanyahunun BƏƏ və Bəhreynə səfəri ləğv edildi
İşğalçı İsrail baş nazirinin ərəb sözçüsü Ofer Cundelman Twitter hesabında yazıb ki, Netanyahunun bu səfəri başqa bir zamana təxirə salınıb.

Cundelman işğal olunmuş Fələstin səmasının bağlı olması səbəbiylə səfərin ləğv edildiyini iddia edib.

Bundan öncə sionist mənbələr Netanyahunun bu ayın 9-da BƏƏ və Bəhreynə üç günlük səfər edəcəyini bildirmişdi.

Amma daha sonra sionist rejimin Kanal 12 şəbəkəsi səfərin müddətinin üç gündən üç saata endirildiyini bildirib.