QR CodeQR Code

Cozef Borrel də İranla razılaşmaya çağırdı

4 Feb 2021 19:44

İslamTimes: Borrel: İrana qarşı "maksimum təzyiq" əvəzinə "maksimum diplomatiya" yolundan istifadə edək


Moskvada səfərdə olan AB xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel Rusiyanın "İnterfaks" xəbər agentliyinə verdiyi müsahibədə HBFP sazişinin qorunub, qüvvədə saxlanılmasının əhəmiyyətinən danışıb.

AB-nin yüksəkməqamlı rəsmisi nüvə razılaşmasını qüvvədə saxlamaq üçün HBFP sazişinə üzv ölkə kimi Rusiya ilə həmkarlıq barədə deyib:

"Bir daha HBFP sazişi ilə bağlı həssas dönəm yaşanır. Mən HBFP sazişinin koordinatoru olaraq bu müaviləni qorumaq üçün əlimdən gələni edirəm və bu baxımdan Rusiya vacib bir tərəfdaşdır. Çətin olsa da bütün üzv ölkələr və amerikalı tərəfdaşlarımızla əlaqə saxlayıb, danışıqlar aparırıq."

Borrel Donald Trampın İrana qarşı səmərəsiz "maksimum təzyiq" siyasəti əvəzinə maksimum diplomatiya yoluna üstünlük verilməsini məsləhət hörüb.


Story Code: 914393

News Link :
https://www.islamtimes.org/az/news/914393/cozef-borrel-də-iranla-razılaşmaya-çağırdı

Islam Times
  https://www.islamtimes.org