QR CodeQR Code

İsveçrədə Amerika peyvəndi vurulan 6 nəfər öldü

6 Feb 2021 00:23

İslamTimes: İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 63 nəfər özünü narahat hiss edib, altı nəfər isə vəfat edib.


Publika.az xəbər verir ki, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti ciddi hesab olunmayıb. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər.

Qeyd edək ki, İsveçrədə kütləvi peyvəndlənmə 2020-ci ilin 23 dekabr tarixindən başlayıb. Hələ ki, “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.

 


Story Code: 914567

News Link :
https://www.islamtimes.org/az/news/914567/isveçrədə-amerika-peyvəndi-vurulan-6-nəfər-öldü

Islam Times
  https://www.islamtimes.org