0
Saturday 6 February 2021 - 17:10

İran nüvə sazişinə qayıtmadan ABŞ-la danışıqların olmayacağını bildirib

Story Code : 914703
İran nüvə sazişinə qayıtmadan ABŞ-la danışıqların olmayacağını bildirib
SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə mətbuatına açıqlamasında deyib.

Cavad Zərif, ABŞ-da nüvə sazişinə qayıtmaqla bağlı gecikdimənin olduğunu bildirib və əlavə edib ki, bu, Tramp dövründən sonra Amerika daxilində yaşanan vəziyyətlə bağlıdır.

İran XİN rəhbəri bildirib ki, bu gecikdirmə davam etdikcə və ABŞ sazişə qayıtmadıqca Vaşinqtonla danışıqlar olmayacaq.

Qeyd edək ki, İran rəsmi mənəbləri Co Bayden Administrasiyasının iş başına gəlməsindən sonra Vaşinqtonla təmasların hələ qurulmadığını bildirirlər.