QR CodeQR Code

Pentaqon: ABŞ bu sahədə Səudiyyə Ərəbistanı ilə həmkarlığa son verib!

إسلام تايمز , 6 Feb 2021 19:12

İslamTimes: Pentaqon sözçüsü iddia edib ki, Vaşinqton Yəmənə qarşı müharibədə kəşfiyyat sahəsində Səudiyyə Ərəbistanına yardıma son verib.


ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, hərbi qərarların yenidən nəzərdən keçirilməsi Vaşinqtonun öhdəliklərini dayandıracağı anlamına gəlmir.

Con Kirbi mətbuat konfransında deyib: "Əfqanıstandakı müharibənin sona çatmasını istəyirik və alınan bütün qərarları nəzərdən keçiririk. Əfqanıstandakı ABŞ əsgərləri ilə bağlı hələ ki, bir qərar verilməyib. Biz Doha razılaşmasını və ona nə dərəcədə əməl olunmasını qiymətləndirəcəyik."

Pentaqon sözçüsü, Səudiyyə Ərəbistanının ABŞ-ın əsas müttəfiqlərindən olmasına baxmayaraq ABŞ-ın Yəmən müharibəsində artıq Səudiyyə rejiminə yardımları dayandırdığını iddia edib.


Story Code: 914729

News Link :
https://www.islamtimes.org/az/news/914729/pentaqon-abş-bu-sahədə-səudiyyə-ərəbistanı-ilə-həmkarlığa-son-verib

Islam Times
  https://www.islamtimes.org