QR CodeQR Code

İsrail rəsmiləri təhlükədə!

إسلام تايمز , 6 Feb 2021 20:30

İslamTimes: Beynəlxalq Cinayət Məhkəməsinin şok qərarından sonra sionist rejimin təhlükəsizlik xidmətləri bəzi sionist rəsmilərə başqa ölkələrə səfər etməməyi tövsiyə edib.


Hollandiyada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin işğal olunmuş Fələstin ərazilərində insanlığa qarşı cinayətləri araşdırmasından sonra işğalçı İsrail rejimi qorxuya düşüb. Rejim başçıları bəzi dövlət rəsmilərinə bildirib ki, onların xarici ölkələrə səfəri zamanı həbs edilə biləcəyinə görə narahatdır.

"Al-Arabi Al-Cadid" veb saytının məlumatına görə, Haaretz qəzeti bu haqda yazaraq bildirib ki, sionist rejimin təhlükəsizlik orqanları Beynəlxalq Cinayət Məhkəməsinin qərarını Təl-Əviv rejiminə qarşı "diplomatik zərbə" kimi dəyərləndiriblər.

Hazırda sionist rejim rəsmilərinin gizli bir siyahısı hazırlanır. Bu siyahıda adı olan rəsmilərə həbs olunma təhlükəsindən amanda qalmaq üçün xarici ölkələrə səfər etməmək tövsiyə olunacaq. Siyahıda 200-300 sionist məmurun adı yer alacaq. Hazırkı baş nazir Benyamin Netanyahu və keçmiş nazirlərin də bu siyahıda adının olduğu bildirilir.

Qeyd edək ki, ötən gecə Beynəlxalq Cinayət Məhkəməsi İsrail rejiminin cinayətlərinin araşdırılması ilə bağlı sionistləri qəzəbləndirən qərar qəbul edib. Netanyahu Beynəlxalq məhkəmənin İsrail rejimi ilə bağlı araşdırma aparmaq hüququna malik olmadığını bildirib.


Story Code: 914737

News Link :
https://www.islamtimes.org/az/news/914737/israil-rəsmiləri-təhlükədə

Islam Times
  https://www.islamtimes.org