QR CodeQR Code

Bizim həm müharibə, həm də sülh üçün hazırlığımız var!

إسلام تايمز , 6 Feb 2021 22:48

İslamTimes: Yəmən Ali Siyasi Şurasının üzvü: "Biz sözdə yox, həqiqətən Yəmənə qarşı əməliyyatların dayandırılmasını gözləyirik"


Yəmən Ali Siyasi Şurasının üzvü və Ənsarullah Müqavimət Hərəkatının rəhbərlərindən olan Məhəmməd Əli əl-Husi "Əl-Məyadin" şəbəkəsi ilə müsahibə zamanı Co Baydenin Səudiyyə Ərəbistanı ilə əlaqəli son qərarına toxunaraq deyib:

"Co Baydenin köməkçiləri dedi ki, ABŞ Yəmən müharibəsində Səudiyyə Ərəbistanı ilə həmkarlığa son qoyub. Rəsmi Vaşinqtonun BƏƏ və Ərəbistanın Yəmənə hücumlarına son qoyacağı ilə bağlı qərar qəbul edildiyi bildirilir. Bu bizim çoxdan gözlədiyimiz bir mövzudur. Baydenin bu müharibəyə son verəcəyini söyləməsi hələ ki, sadəcə bir söz həddindədir. Biz həqiqətdə müharibənin dayandırılmasını, blokadaya son qoyulmasını görmək intizarındayıq.
Səudiyyə Ərəbistanı və BƏƏ-nin 2004-cü ildən bu günədək Yəmənə qarşı etdikləri terrorizm, vəhşilik, cinayətdan başqa bir şey deyil! Amma biz diz çökmədik, qorxmadıq. Bundan sonra da onların hücumlarına qarşı mübarizə aparmağa hazırıq. Bizim həm sülh həm də müharibənin davamı üçün hazırlığımız var. Amma təbii ki, sülhün tərəfdarıyıq. Elə düşünürük ki, sülh müzakirələri yolu ilə hər şeyi yoluna qoymaq olar..."


Story Code: 914760

News Link :
https://www.islamtimes.org/az/news/914760/bizim-həm-müharibə-də-sülh-üçün-hazırlığımız-var

Islam Times
  https://www.islamtimes.org