QR CodeQR Code

İraqda xüsusi əməliyyat zamanı İŞİD terrorçuları tutulub

Report , 7 Feb 2021 10:27

Islamtimes - İraqın şimalındakı Kərkük əyalətində İŞİD terror təşkilatının bir neçə silahlısı tutulub.



“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, ordu və federal polis Kərkükün cənubundakı Xavice ərazisində terrorçuluğa qarşı əməliyyatı keçirib.
 
Əməliyyatın gedişatında altı terrorçu tutulub, bununla yanaşı, İŞİD silahlılarının beş sığınacağı da məhv edilib.
 
Güc strukturlarının əməkdaşları əməliyyat zamanı həmçinin külli miqdarda silah və sursat ələ keçiriblər.
 
Qeyd edək ki, İraq qanunlarına əsasən terror təşkilatına üzv olmağa görə ölüm cəzası nəzərdə tutulur.
 


Story Code: 914824

News Link :
https://www.islamtimes.org/az/news/914824/iraqda-xüsusi-əməliyyat-zamanı-işid-terrorçuları-tutulub

Islam Times
  https://www.islamtimes.org