QR CodeQR Code

BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - NYT

7 Feb 2021 11:02

İslamTimes: ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçiləri BƏƏ üçün Qətərə qarşı kiberhücumlar edib.


Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Nəşr yazır ki, 2014-cü ildə Əbu-Dabi rəhbərliyi yüksək maaş vəd edərək agentliyin işçilərini öz tərəflərinə çəkib:

“Agentlik işçiləri BƏƏ adına bölgə ölkələrinə kiberhücumlar həyata keçiriblər. Hücumlar əsasən, Qətərin kral ailəsindən tutmuş FİFA rəhbərlərinə kimi, BƏƏ-nin düşmən kimi gördüyü bütün şəxslərə və təşkilatlara edilib.

Bundan başqa, kiberhücumlar zamanı agentlik işçilərinin "radarına" ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yazışmaları da düşüb”.


Story Code: 914827

News Link :
https://www.islamtimes.org/az/news/914827/bəə-abş-agentlərini-pulla-özünə-işlədib-nyt

Islam Times
  https://www.islamtimes.org