QR CodeQR Code

General: Rusiya proqramı bitirir, ABŞ isə bərbad gündədir

8 Feb 2021 10:54

İslamTimes: ABŞ-ın nüvə arsenalında ciddi çatışmazlıq var.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Quru Qoşunları qərargahının keçmiş rəis müavini general Cek Kin deyib.

"Biz nüvə arsenalımızı modernləşdirməli və rəqiblərimizə stimul verməməliyik, onlar arsenalımızdakı zəifliklərdən istifadə edə bilərlər", - o qeyd edib.

Generalın sözlərinə görə, Vaşinqton bu tipli silahların modernləşdirilməsində Moskvadan geri qalır, baxmayaraq ki, iki ölkənin arsenallarının həcmi SNV-3 müqaviləsinə əsasən üst-üstə düşür:

"Rusiya nüvə silahının yaxşılaşdırılması ilə bağlı onillik proqramı başa çatdırır, ABŞ isə o baxımdan bərbad vəziyyətdədir".


Story Code: 914988

News Link :
https://www.islamtimes.org/az/news/914988/general-rusiya-proqramı-bitirir-abş-isə-bərbad-gündədir

Islam Times
  https://www.islamtimes.org