0
Monday 8 February 2021 - 11:23

BMT-nin Yəmən üzrə nümayəndəsi Tehran rəsmilərilə danışıqlar aparır

Story Code : 914996
BMT-nin Yəmən üzrə nümayəndəsi Tehran rəsmilərilə danışıqlar aparır
SalamNews xəbər verir ki, ABŞ-da yeni hökumətin Yəmən münaqişəsilə bağlı yeni addımlarından sonra beynəlxalq müstəvidə sözügedən münaqişə ilə bağlı yeni danışıq imkanları ortaya çıxıb. Bu istiqamətdə Tehranda səfərdə olan BMT-nin Yəmən münaqişəsi üzrə nümayəndəsi Martin Qrifis İran rəsmilərilə görüşlər keçirir.

Məlumata görə Martin Qrifis İran XİN müşavirlərilə görüşdə, Yəmən münaqişəsinin həlli istiqamətində rəsmi Tehranın verə biləcəyi töhfələri müzakirə edəcək.

Qeyd edək ki, yeni ABŞ hökuməti Yəmən müharibəsində Səudiyyə koalisiyasına hərbi dəstəyi dayandırdığını bildirib.