0
Monday 8 February 2021 - 23:34

BMT Baş katibi ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb

Story Code : 915143
BMT Baş katibi ABŞ-ın BMT-nin İnsan Haqları Şurasına qayıtmaq qərarını alqışlayıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, - deyə Düjarrik mətbuat konfransında qeyd edib.