QR CodeQR Code

Ağ Ev: İran öz öhdəliklərinə qayıtsa, ABŞ da sazişə dönəcək

إسلام تايمز , 8 Feb 2021 22:24

İslamTimes: İmzaladığı sazişi ayaq altına alaraq razılaşmanı pozan Amerika sazişə geri dönmək üçün rəsmi Tehranın addım atmasını gözləyir


Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, İran nüvə sazişinə tam olaraq əməl edəcəyi təqdirdə ABŞ da razılaşmaya qayıdacaq.

Cen Psaki deyib: "İran HBFP sazişindəki öhdəliklərinə tam əməl etsə, Amerika Birləşmiş Ştatları da oxşar addım ataraq sazişdə qeyd olunan şərtləri yerinə yetirəcək. Daha sonra digər narahatlıq doğuran məsələlərin həll edilməsi ilə bağlı daha güclü bir razılaşma imzalanması üçün danışıqlar aparılacaq."

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ötən gün İranın uranı zənginləşdirməyə davam edəcəyi halda sanksiyaları ləğv etməyəcəyini bildirib.

O deyib ki, hər şeydən öncə İran uran zənginləşdirməsini dayandırmalıdır.

İran tərəfi isə bildirib ki, rəsmi Tehran müqaviləni pozmayıb və sadəcə ABŞ imzalanmış sənədi pozaraq İrana sanksiyalar tətbiq etdiyi üçün İran da öhdəliklərinə əməl etməyi qismən azaldıb.


Story Code: 915145

News Link :
https://www.islamtimes.org/az/news/915145/ağ-ev-iran-öz-öhdəliklərinə-qayıtsa-abş-da-sazişə-dönəcək

Islam Times
  https://www.islamtimes.org