QR CodeQR Code

İngiltərə casusları qəfəsdə!

إسلام تايمز , 9 Feb 2021 00:04

İslamTimes: Yəməndə İngiltərə kəşfiyyatına işləyən bir neçə casus məhkəmə qarşısına çıxarılıb.


Yəmənin "Səba" xəbər agentliyi bildirir ki, bu gün Yəməndə İngiltərə kəşfiyyatına işləyən bir neçə casus məhkəmə qarşısına çıxarılıb. Paytaxt Sənada təxribat fəaliyyəti ilə əlaqəli cinayət işinin ilk iclası keçirilib.

Məlumata görə, bir neçə şəxs Yəmənin müxtəlif əyalətlərində insanları casusluğa dəvət edərək onları İngiltərə kəşfiyyatına işləməyə sövq edib.

İngiltərə kəşfiyyat xidməti Yəməndəki bu şəxsləri izləmə, məkan təyin etmə (GPS), məlumat göndərmək üçün rabitə qurğuları ilə təchizatlandırıb.

Yəmən Təhlükəsizlik Xidməti bildirib ki, casuslar bir müddət izlənildikdən sonra həbs edilib və hazırda daha bir neçə şəxsin də casusluq etdiyi üzə çıxıb. Onlar nəzarətdə saxlanılır və münasib zamanda həbs edilərək, məhkəmə qarşısına çıxarılacaq.


Story Code: 915149

News Link :
https://www.islamtimes.org/az/news/915149/ingiltərə-casusları-qəfəsdə

Islam Times
  https://www.islamtimes.org