QR CodeQR Code

Nüvə aliminin terroru hərbçilərdən biri tərəfindən təmin edilib

9 Feb 2021 11:31

İslamTimes: “Möhsün Fəxrizadənin terror edilməsi Silahlı Qüvvələrin bir üzvü tərəfindən təmin edilib.”


SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

O, İranın dövlət televiziyasına verdiyi müsahibədə bildirib ki, ölkə Kəşfiyyatı Möhsün Fəxrizadənin qeyd edilən məkanda terror ediləcəyilə bağlı məlumatlı idi və bu barədə Silahlı Qüvvələrə də məlumat vermişdi.

Mahmud Ələvi əlavə edib:

“Möhsün Fəxrizadə terror ediləndə bəziləri bizi ittiham edirdilər. Bizim terror ediləcək yer barədə məlumatlı olduğumuzu deyir və niyə hərəkətə keçməməyizi irad tuturdular. Biz terror ediləcək yerin məkanını təqribi bilir, amma zamanını bilmirdik. Bu barədə Silahlı Qüvvələrə öncədən məlumat vermişdik. Çünki Möhsün Fəxrizadə Silahlı Qüvvələrin üzvü idi. Onun terror edilməsini təmin edən də Silahlı Qüvvələrin üzvüdür.”

Qeyd edək ki, İran, 2020-ci ilin noyabr ayının 27-də terror edilən nüvə alimi Möhsün Fəxrizadənin işi ilə bağlı bir neçə şəxsin ələ keçdiyini bildirib.


Story Code: 915226

News Link :
https://www.islamtimes.org/az/news/915226/nüvə-aliminin-terroru-hərbçilərdən-biri-tərəfindən-təmin-edilib

Islam Times
  https://www.islamtimes.org