0
Tuesday 9 February 2021 - 21:33

İranda inqilabın 42-ci ildönümündə "Allahu Əkbər" sədaları ucaldı

Story Code : 915327
İranda inqilabın 42-ci ildönümündə "Allahu Əkbər" sədaları ucaldı
İran xalqı ölkənin müxtəlif şəhərlərində saat 21:00-da, İslam İnqilabının qələbəsinin 42-ci ildönümünü anmaq üçün balkon və pəncərələrinə çıxaraq "Allahu Əkbər" deyə səsləniblər.

Paytaxt Tehran və digər şəhərlərdə atəşfəşanlıq mərasimləri təşkil edilib. Mərasim bəzi televiziya kanallarında canlı yayımlanıb.

Bu il İslam İnqilabının ildönümü koronavirus pandemiyası səbəbindən məcazi fəzada qeyd olunacaq.