0
Tuesday 9 February 2021 - 23:57

İngiltərə Yəmən xalqının qətliamına şərik olmağa davam edəcək!

Story Code : 915349
İngiltərə Yəmən xalqının qətliamına şərik olmağa davam edəcək!
"Guardian" qəzeti son hesabatında İngiltərə hökumətinin ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırma qərarına qarşı olduğunu qeyd edib.

Ötən həftə prezident Co Bayden başda olmaqla ABŞ-ın yeni rəhbərliyi Səudiyyə Ərəbistanına silah satışını dayandıracağını açıqlayıb.

İngiltərənin Afrika və Yaxın Şərq Məsələləri üzrə məsul şəxsi Ceymz Klorli bildirib ki, rəsmi London ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışına qadağasını yenidən nəzərdən keçirib. İngiltərə iddia edib ki, cinayətkar Ali-Səud rejiminə satılan silahlar müharibədə və insan haqlarının pozulmasında istifadə edilmir.

Qeyd edək ki, BMT də dəfələrlə Səudiyyə Ərəbistanını Yəmən xalqına qarşı hava hücumlarını dayandırmağa çağırıb. Amma Ali-Səud rejimi hələ də Yəməni blokadada saxlayır və bu ölkə əhalisini qətliam etməyə davam edir!