QR CodeQR Code

ABŞ Qəzzədə humanitar təşkilatların fəaliyyətlərini dondurdu

13 Aug 2011 16:29

IslamTimes - Qəzzəyə münasibətdə İsrailin siyasətlərini dəstəkləyən Ağ Ev bu dəfə növbəti anti-humanist addım ataraq Qəzzədə humanitar təşkilatların fəaliyyətlərini dondurub.


"IslamTimes" "MigNews"-a istinadən xəbər verir ki, humanitar təşkilat adı altında casusluq fəaliyyəti göstərənlərin üzə çıxarılması üçün HƏMAS bu təşkilatlardan məlumat istəyib. Təftişin nəticələrindən qorxan Ağ Ev bu təşkilatları təcili bağlamağa qərar verib. Hansı ki, humanitar təşkilatlar arasında Qəzzə əhalisinə yardım göstərən və HƏMAS-ın dəstəklədiyi təşkilatlar da var. ABŞ isə humanitar təşkilatlarda çalışanların şəxsi işi ilə HƏMAS-ın tanış olmasını mümkünsüz sayır.


Story Code: 91539

News Link :
https://www.islamtimes.org/az/news/91539/abş-qəzzədə-humanitar-təşkilatların-fəaliyyətlərini-dondurdu

Islam Times
  https://www.islamtimes.org