0
Wednesday 10 February 2021 - 12:48

ABŞ-ın açıqlamasına sionistlərdən həyasız cavab

Story Code : 915413
ABŞ-ın açıqlamasına sionistlərdən həyasız cavab
Teleqraf.com xəbər verir ki, işğalçı İsrail baş nazirinin ofisindən verilən açıqlamada Qolan Təpələrinin əbədi olaraq bu rejimin bir hissəsi olacağı bildirilib.

Açıqlamada işğalçı İsrailin Qolan Təpələri ilə bağlı məsələdə mövqeyinin aydın olduğu deyilib.

“Mümkün olan hər hansı bir ssenaridə Qolan Təpələri əbədi olaraq İsrailin bir hissəsi olaraq qalacaq”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Entoni Blinken bundan əvvəl “CNN”ə açıqlamasında Qolan Təpələrini İsrailin ərazisi kimi qəbul etmədiklərini bildirmişdi.