QR CodeQR Code

AB rus peyvəndi ilə bağlı qərarını verdi

11 Feb 2021 00:44

İslamTimes: Avropa Dərman Agentliyi Rusiyanın “Sрutnik V” vaksininin Avropa Birliyində istifadəsi məqsədilə edilən müraciəti rəsmi olaraq qəbul edib.


Axar.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun müraciəti yanvarın 29-da Agentliyə daxil olub.

Fondun rəhbəri Kirill Dmitriyev dərmanın Avropa Birliyinə yay aylarından əvvəl verilə bilməyəcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropa Birliyinə vaksinlərin tədarükü yalnız Rusiyadakı vaksinasiya kampaniyası başa çatandan sonra təşkil ediləcək və peyvənd etmək istəyən hər kəs bundan istifadə edə biləcək.

Qeyd edək ki, Rusiyada vaksinasiya artıq iki ay əvvəl başlayıb.


Story Code: 915538

News Link :
https://www.islamtimes.org/az/news/915538/ab-rus-peyvəndi-ilə-bağlı-qərarını-verdi

Islam Times
  https://www.islamtimes.org