0
Thursday 11 February 2021 - 09:19

Bayden: "ABŞ dünya arenasında yalnız son məqamda güc tətbiq etməlidir"

Story Code : 915600
Bayden: "ABŞ dünya arenasında yalnız son məqamda güc tətbiq etməlidir"
APA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Pentaqonu ziyarət edərkən deyib.

“ABŞ Müdafiə Nazirliyinin mərkəzi və ayrılmaz missiyası düşmənlərimizin təcavüzünün qarşısını almaqdan və ehtiyac yaranacağı halda, Amerikanın təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar aparmaq və qalib gəlməkdən ibraətdir. Hesab edirəm ki, güc tətbiqi atılacaq sonuncu addım olmalıdır, birinci deyil”, - amerikalı lider belə deyib.

Bununla yanaşı, Bayden ali baş komandan kimi “lazım olacağı halda, Amerika xalqının və dünyadakı müttəfiqlərinin həyati maraqlarını qorumaq üçün güc tətbiq etməkdə heç vaxt tərəddüd etməyəcəyini” də vurğulayıb.