QR CodeQR Code

Qətər: Gərginliyi azaltmaq və nüvə anlaşmasına qayıtmaq üçün çalışırıq

11 Feb 2021 15:06

İslamTimes: Qətər Xarici İşlər naziri bu həftə iki ABŞ rəsmisi ilə telefon danışığında Dohanın İranın nüvə proqramı ilə bağlı gərginliyi azaltmaq üçün çalışdığını söyləyib.


Qətər Xarici İşlər naziri Məhəmməd ibn Əbdül Rəhman Tani Dohanın İranla nüvə anlaşması ilə əlaqədar siyasi və diplomatik prosesi yenidən aktivləşdirməyə çalışdığını bildirib.

Qətər rəsmi xəbər agentliyinin məlumatına görə, Qətər Xarici İşlər naziri Məhəmməd ibn Əbdül Rəhman Tani bu həftə ABŞ-ın İran üzrə nümayəndəsi Robert Mali və ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Cek Sullivanla apardığı iki ayrı görüşdə İranla nüvə razılaşması ilə əlaqədar gərginliyi azaltmağa çalışıb.

Qətər Xarici İşlər naziri ölkənin İran və ABŞ ilə əlaqələrinin strateji olduğunu və Dohanın hər iki tərəflə davamlı əlaqələrin olduğunu da söyləyib. /Eastnews/


Story Code: 915631

News Link :
https://www.islamtimes.org/az/news/915631/qətər-gərginliyi-azaltmaq-və-nüvə-anlaşmasına-qayıtmaq-üçün-çalışırıq

Islam Times
  https://www.islamtimes.org