QR CodeQR Code

Çin prezidenti ABŞ-a xəbərdarlıq etdi

إسلام تايمز , 11 Feb 2021 17:04

İslamTimes: Çin prezidenti amerikalı həmkarı telefon bağlantısı zamanı iki ölkə arasındakı qarşıdurmanın fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.


Çin Prezidenti Si Cinpin amerikalı həmkarı Co Baydenə iki ölkə arasındakı qarşıdurmanın davam etməsinin ağır nəticələri barədə xəbərdarlıq edib.

"Economic Times" qəzetinin yazdığına görə, Çin prezidenti telefon bağlantısı zamanı ABŞ prezidentinə deyib ki, iki ölkə arasındakı qarşıdurma həm hər iki ölkənin özünə, həm də dünya üçün fəlakətə səbəb ola bilər. Si Cinpin Pekin və Vaşinqton arasındakı anlaşılmazlıqları həll etmək üçün yeni çıxış yolları axtarılmasının vacib olduğunu bildirib.

Çin lideri Tayvan, Honq Konq və Sincanla bağlı məsələlərin Çinin daxili işləri olduğunu vurğulayıb və bu mövzulara müdaxilənin Çinin ərazi bütövlüyünə qarşı təxribat olduğunu bəyan edərək ABŞ-a xəbərdarlıq edib.


Story Code: 915707

News Link :
https://www.islamtimes.org/az/news/915707/çin-prezidenti-abş-a-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org