0
Thursday 11 February 2021 - 22:35

Zərif: ABŞ boş danışmaq əvəzinə öhdəliklərinə əməl etsin!

Story Code : 915722
Zərif: ABŞ boş danışmaq əvəzinə öhdəliklərinə əməl etsin!
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Twitter hesabında ABŞ prezidenti Co Bayden və komandasının təkrar iddialarına cavab verib.

Zərif Twitter-də yazıb: "ABŞ dövlət rəsmiləri İranın HBFP sazişini pozduğuna dair iddilar səsləndirməyə davam edirlər. Bu ölkə özü 2018-ci ilin may ayında bütün həmkarlıqları dayandıraraq HBFP sazişini ayaq altına aldı, hətta BMT qətnaməsinə sadiq qalan tərəfləri belə cəzalandırmaqdan çəkinmədi. Bu günə qədər ABŞ hələ də eyni mövqedədir! Boş-boş danışmaq əvəzinə HBFP sazişinə əməl etsələr daha yaxşı olar..."

Qeyd edək ki, Co Bayden son günlərdə ABŞ-ın HBFP sazişinə qayıtmaq niyyətində olduğunu açıqlasa da, bu zəmində ilk addım atmaqdan boyun qaçırır və İranı daha geniş öhdəliklər götürməyə vadar etmək istəyir.