QR CodeQR Code

4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO

13 Feb 2021 02:01

İslamTimes: Vətən müharibəsində yaralan və 4 aydan çoxdur komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.


Publika.az xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Allah rəhmət eləsin!


Story Code: 915936

News Link :
https://www.islamtimes.org/az/news/915936/4-ay-komada-olan-əsgərimiz-şəhid-oldu-foto

Islam Times
  https://www.islamtimes.org