0
Saturday 13 February 2021 - 10:53

BMT: 2 milyondan çox yəmənli uşaq aclıq təhlükəsi ilə üz-üzədir!

Story Code : 915987
BMT: 2 milyondan çox yəmənli uşaq aclıq təhlükəsi ilə üz-üzədir!
2021-ci ildə Səudiyyə rejiminin blokadası və hava hücumları səbəbindən Yəməndə 2,3 milyon uşağın aclıqdan əziyyət çəkəcəyi gözlənilir. Bu ölkəyə 3,4 milyard dollarlıq humanitar yardım planının yalnız 1,9 milyard dolları maliyyələşdirilib.

APA xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Yeni bir hesabatda deyilir ki, beş yaşınadək təxminən 2,3 milyon uşağın bu il ağır qida problemi ilə üz-üzə qalacaqları ehtimal olunur. Onlardan 400 mininin aclıqdan əziyyət çəkəcəyi proqnozlaşdırılır və təcili müalicə olunmayacaqları halda ölə bilərlər”, - deyə Düjarrik brifinqdə səsləndirib.

Onun sözlərinə görə, hesabat BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Dünya Qida Proqramı və ÜST tərəfindən birgə hazırlanıb. Düjarrikin qeyd etdiyinə görə, BMT strukturları bunun 2015-ci ildə Yəməndə münaqişənin artmasından bəri yaşanan ən yüksək səviyyədə qida çatışmazlığı problemi olması barədə xəbərdarlıq edir.