QR CodeQR Code

ŞOK: Qərb İŞİD-i yenidən aktivləşdirir

13 Feb 2021 11:24

İslamTimes: Bu il Suriyanın Tanf bölgəsində ABŞ, Fransa, Britaniya və bir sıra region dövlətlərinin xüsusi xidmət orqanlarının nümayəndələrinin silsilə görüşləri keçirilib. Görüşlərdə İŞİD terror qruplaşmasının səhra komandirləri də iştirak edib.


Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadla məlumat yayıb.

“Görüşlərdə Suriya hökumət qüvvələri və İranın dəstəklədiyi silahlı birləşmələrə, habelə Suriyadakı rus hərbi bazalarına hücumların gücləndirilməsi məsələləri müzakirə edilib. Bundan başqa döyüşçülərə partlayıcı yüklənmiş avtomobillərin istifadəsi də daxil olmaqla Suriyanın hər yerində iqtisadi və nəqliyyat infrastrukturlarına hücum etmək tapşırılıb”, - mənbə bildirib.

Məlumata görə, razılaşmalara əsasən, terror qruplaşmaları maliyyə, texnika, sursat və müasir silah sistemləri ilə təmin ediləcəklər.


Story Code: 915991

News Link :
https://www.islamtimes.org/az/news/915991/şok-qərb-işid-i-yenidən-aktivləşdirir

Islam Times
  https://www.islamtimes.org