0
Saturday 13 February 2021 - 12:29

"Ənsarullah" ABŞ-ın yeni qərarına münasibət bildirdi

Story Code : 916003
"Ənsarullah" ABŞ-ın yeni qərarına münasibət bildirdi
Bu barədə "Al Masirah" telekanalını məlumat verib. Məhəmməd Əli əl-Husi "Blinkenin açıqlaması Yəmənin düşmənlərinin "Ənsarullah"ın ölkəni qorumaqdakı qanuni fəaliyyətlərini qəbul etdiklərinə işarədir", - deyib.

Əl-Husi "ABŞ-ın qərarından imtina etməsi müsbət bir addımdır. Ancaq Vaşinqtonun Yəmənin işğalı və mühasirəsini dəstəkləyən düşmən münasibətlərini dayandırmaq üçün yeni qərarlar qəbul etməsini gözləyirik", - deyə bildirib.

ABŞ Dövlət katibi Entoni Blinken 16 fevral tarixindən etibarən Yəmən "Ənsarullah" hərəkatını xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlamışdı. /Eastnews/