0
Saturday 13 February 2021 - 13:04

Yəməndə Səudiyyə rejiminin PUA-sı məhv edildi

Story Code : 916010
Yəməndə Səudiyyə rejiminin PUA-sı məhv edildi
Yəmən ordusunun işğalçı Səudiyyə Ərəbistanına məxsus PUA-nı hədəf aldığını bildirməsindən sonra, "Əl-Elam Əl-Hərbi" veb saytı, pilotsuz təyyarənin Marib əyalətində (Mədğəl məntəqəsi) vurulmasına dair bir video yayımlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri dünən səhər saatlarında Yəmən hava hücumundan müdafiə sisteminin Mədğəl məntəqəsində Səudiyyə rejiminə məxsus bir casus PUA-sını məhv etdiyini bildirmişdi.

Yəmən ordusunun verdiyi məlumata görə, Çin istehsalı olan "CH-4" tipli pilotsuz təyyarə Yəmən silahlı qüvvələrinin hələ tanıtımını etmədiyi bir raketlə vurulub.