QR CodeQR Code

ABŞ İrana qarşı maksimum təzyiq siyasətinin iflasa uğradığını etiraf etdi

إسلام تايمز , 13 Feb 2021 14:54

İslamTimes: ABŞ Dövlət Departamentinin sözçüsü Donald Tramp administrasiyasının sözdə maksimum təzyiq siyasətinin uğursuz olduğunu etiraf edib.


"Newsweek" "Bayden ABŞ-ın Yəmən müharibəsindəki rolunu azaltmaqla İranla diplomatik həll yolu perspektivlərini gücləndirir" başlıqlı məqalədə İranla nüvə razılaşmasının gələcəyi haqda söz açaraq, Ned Praysın yeni açıqlamalarından da bəhs edib.

Dövlət Departamentinin sözçüsü ötən həftə Newsweek-ə verdiyi açıqlamada ABŞ-ın HBFP sazişinə qayıtmaq üçün ilk addımı İranın atmalı olduğuna dair sözlərini də təkrar dilə gətirib. Ned Prays bildirib ki, İran HBFP sazişindəki öhdəliklərinə ciddi şəkildə əməl etsə, ABŞ da oxşar addım atacaq və digər narahatlıq doğuran məsələləri həll edəcək daha uzun və daha güclü bir razılaşma əldə etmək üçün yeni danışıqlara başlayacaq.

Prays həmçinin öncəki ABŞ hökumətinin İrana qarşı maksium təzyiq kampaniyasının nəticəsiz olduğunu da dilə gətirərək, sanksiyaların İranı təslim etmək üçün səmərə vermədiyini bildirib.


Story Code: 916037

News Link :
https://www.islamtimes.org/az/news/916037/abş-irana-qarşı-maksimum-təzyiq-siyasətinin-iflasa-uğradığını-etiraf-etdi

Islam Times
  https://www.islamtimes.org