0
Saturday 13 February 2021 - 15:54

Livan prezidenti: Həriri hökumət təşkili ilə bağlı yeni bir söz söyləmədi!

Story Code : 916048
Livan prezidenti: Həriri hökumət təşkili ilə bağlı yeni bir söz söyləmədi!
Livan prezidenti hazırkı baş nazir, yeni Livan hökumətinin təşkil edilməsinə vəzifəli olan Səd Həriri ilə baş tutan görüş barədə danışaraq bildirib ki, Həriri görüş zamanı Livanın gələcək hökumətinin qurulması ilə bağlı yeni bir söz söyləməyib.

Görüşlə bağlı açıqlamada deyilir: "Mişel Aun Həririnin müraciətindən sonra prezident sarayında baş naziri qəbul edib. Mövzu yeni hökumətin qurulması olsa da Səd Həriri yeni bir söz deməyib..."

Qeyd edək ki, iki aya yaxın bir müddətdir ki, prezident Mişel Aunla baş nazir Səd Həriri arasında gərginlik daha da artıb. Prezident açıq şəkildə Səd Həririnin yalancı olduğunu bildirib.

Səd Həriri özü prezidentlə görüşü ilə bağlı deyib: "Mən prezidentlə məsləhətləşdim və məsləhətləşmələri yekunlaşdıracağıq. Prezidentə əlimizdəki qızıl fürsəti izah etdim. Hər qrup bu gündən etibarən öz mövqeyinə görə cavabdehdir..."